http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ağcabədidə 9 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb

05 Oktyabr 2023 , 09:09
Ağcabədidə 9 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı narkotik vasitə olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb.

Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub. Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər Əbdürrəhimov olduğu aşkar edilib.

Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən çıxarılaraq götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu