Menyu

Milli Məclisin deputatları NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər

Nərmin Qocamanlı
Milli Məclisin deputatları NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər

Deputatlarımız NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcəklər.

İllik sessiya çərçivəsində qurumun Bürosunun, Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək. Deputatlarımız iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.

Teqlər:

"Milli M\u0259clisin deputatlar\u0131 NATO PA-n\u0131n 69-cu illik sessiyas\u0131nda i\u015ftirak ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər