Menyu

Energetika Nazirliyi “Çağrı Mərkəzi” vasitəsilə 1 500-ə yaxın zəng qəbul edib

Nərmin Qocamanlı
Energetika Nazirliyi “Çağrı Mərkəzi” vasitəsilə 1 500-ə yaxın zəng qəbul edib

Bu ilin 3-cü rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 493 zəng qəbul edilib.

"Operativ Media"  Energetika Nazirliyinə istinadən xəbər verir ki,  daxil olan zənglərin 1 317-si elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 93-ü təşəkkür xarakterli, 83-ü isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla zəng edə bilərlər.

Teqlər:

"Energetika Nazirliyi \u201c\u00c7a\u011fr\u0131 M\u0259rk\u0259zi\u201d vasit\u0259sil\u0259 1 500-\u0259 yax\u0131n z\u0259ng q\u0259bul edib"

Əlaqəli Xəbərlər