Menyu

ANAMA işçi axtarır

Nərmin Qocamanlı
ANAMA işçi axtarır
1 dəq oxu

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

"Operativ Media" "ANAMA"ya istinadən xəbər verir ki, maraqlananlar əlaqə telefonu göstərməklə sənədlərini career@anama.gov.az ünvanına göndərməlidir.

• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

• şəxsiyyət vəsiqəsinin surəti;

• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

• əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Əlaqəli Xəbərlər