Menyu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Nərmin Qocamanlı
Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Pedaqoji Kollecin filialında narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis poljkovnik-leytenantı Elmir Dəmirçiyev narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə zərbə vurmasından danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olduğunu, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsini, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb. Bu problemlərdən uzaq olmağı, gənclərə sağlam həyat tərzi keçirməyi, idmanla məşğul olmağı, mütəmadi şəkildə mütaliə etməyi tövsiyə edib. O, daha sonra ölkəmizdə narkotiklərlə aparılan mübarizədə əldə edilən uğurlar barədə ətraflı məlumat verib. Daha sonra çıxış edənlər narkotiklərin fəsadlarından, cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.
Sonda maraq doğuran suallar cavablandırılıb.

Teqlər:

"A\u011fcab\u0259did\u0259 narkomaniya \u0259leyhin\u0259 maarifl\u0259ndirm\u0259 t\u0259dbiri ke\u00e7irilib"

Əlaqəli Xəbərlər