Menyu

Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Nərmin Qocamanlı
Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Rövşən Vəliyev saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu,  Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi,  Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

Teqlər:

"Suraxan\u0131 rayonunda 3 n\u0259f\u0259rd\u0259n 9 kiloqramdan art\u0131q narkotik vasit\u0259 a\u015fkar edilib"

Əlaqəli Xəbərlər