Menyu

AZAL oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

Nərmin Qocamanlı
AZAL oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verilib. 

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər