Menyu

DİN: Neftçi” - “Qarabağ” oyunundan sonra futbolçunun saxlanılması yanlış məlumatdır

Nərmin Qocamanlı
DİN: Neftçi” - “Qarabağ” oyunundan sonra futbolçunun saxlanılması yanlış məlumatdır
1 dəq oxu

Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Operativ Media"ya bildirib ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər