Menyu

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycandan Yeni Zellandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən ədəd bükümdə külli miqdarda, 1 000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər