Qaxda ayı rayon sakininə xəsarət yetirib
Qaxda ayı rayon sakininə xəsarət yetirib.
"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.
Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb.
F.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net