Binəqədi və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nərmin Qocamanlı
Bu gün Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
"Operativ Media" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, bu gün saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net