Menyu

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələri elan edir

Nərmin Qocamanlı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələri elan edir
1 dəq oxu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir.

"Operativ Media" Agentliyə istinadən xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-də başlanacaq. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir.

Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.

Əlaqəli Xəbərlər