Menyu

İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təqdim edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İsmayıllı şəhər sakini Tural Mahmudov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bükümlərdə heroin, tiryək, qurudulmuş marixuana, eləcə də preqabalin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı T.Mahmudovun həmin narkotik vasitələri satış məqsədilə üzərində gəzdirdiyi müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər