http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AZAL İstanbul reyslərində endirimlər elan edib

10 Oktyabr 2023 , 11:34
AZAL İstanbul reyslərində endirimlər elan edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətə səyahət etmək üçün əla fürsət əldə edirlər.

"Operativ Media" AZAL-a istinadən xəbər verir ki,  əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. Bu ilin noyabrın 1-dən gələn ilin martın 30-da (bayram günləri istisna olmaqla) tarixləri arasında bu biletlərlə səyahət etmək olar.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib,  5 nəfər ölüb - TƏFƏRRÜATLAR, YENİLƏNİB

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb - TƏFƏRRÜATLAR, YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:25

    Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb
  • 19:22

    İsrail ordusu Hizbullah hədəflərinə qarşı yeni irimiqyaslı zərbələr dalğası elan edib
  • 19:17

    İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • 19:14

    Ərdoğan: Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik
  • 19:10

    Ərdoğan: Qəzzada dərhal atəşkəs olmalıdır
  • 19:10

    Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub
  • 19:00

    Ərdoğan: BMT getdikcə hərəkətsiz bir quruma çevrilir
  • 18:51

    Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
    Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Menyu