Menyu

Şirvanda uşağın ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Şirvanda uşağın ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb

Cari il iyulun 22-də Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Teqlər:

"\u015eirvanda u\u015fa\u011f\u0131n \u00f6l\u00fc do\u011fulmas\u0131 fakt\u0131 il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər