Menyu

“Badamlı” şirkəti adından saxta səhifə yaradılaraq “kampaniya” həyata keçirilir – Xəbərdarlıq

Nərmin Qocamanlı
“Badamlı” şirkəti adından saxta səhifə yaradılaraq “kampaniya” həyata keçirilir – Xəbərdarlıq

Kiberdələduzlar tərəfindən feysbuk sosial şəbəkəsində “Badamlı” şirkəti adından saxta səhifə yaradılaraq “kampaniya” həyata keçirilir. Vətəndaşlara hədiyyə qazanmaq vədi verilərək, qeyd olunan şərtlərə əməl etmələri və saxta keçid vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur.

"Operativ Media" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər