Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı
10 163 176 nəfər təşkil edib.
"Operativ Media" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.