Menyu

On yeddi heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub

Nərmin Qocamanlı
On yeddi heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub

On yeddi heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Oktyabrın 9-10-da AQTA əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron, Şamaxı, Lənkəran, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr siyahısı ilə linkdən tanış olmaq mümkündür.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Teqlər:

"On yeddi heyvan k\u0259simi v\u0259 \u0259t sat\u0131\u015f\u0131 m\u0259nt\u0259q\u0259sind\u0259 bir s\u0131ra n\u00f6qsanlar a\u015fkar olunub"

Əlaqəli Xəbərlər