Menyu

Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə “Operativ Media”ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bərdə rayonunda, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus günəbaxan tumlarının emalı müəssisəsində yoxlama keçirilib. Sexə baxış zamanı qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.

Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər