Menyu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Ana dili" – Azərbaycan məktəbinə yenidən şagird qəbulu elan edir!

Nərmin Qocamanlı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Ana dili" – Azərbaycan məktəbinə yenidən şagird qəbulu elan edir!
1 dəq oxu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Ana dili" – Azərbaycan məktəbinə yenidən şagird qəbulu elan edir!

“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Birinci yarımil üzrə dərslər həftədə iki dəfə olmaqla dekabrın sonuna qədər davam edəcək. 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/s1cf9NWTaYhURQvv8 

Dərs qrafiki haqqında məlumatı qeydiyyat linkindən əldə edə bilərsiniz.

Elektron poçt: anadili@agma.az

Əlaqə: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).
Daha ətraflı: https://anadili.agma.az/

Əlaqəli Xəbərlər