Vergiödəyicilərinin ümumi sayı 7,3 faiz artıb
Nərmin Qocamanlı
2023-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1milyon 489 min 737 vergiödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən "Operativ Media"ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9,2 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə kommersiya qurumlarının sayı 172 min 410 vahid təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,8 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,4 faiz artım qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net