http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda “İlham Əliyev: Dəyərlərin keşiyində 20 il” mövzusunda konfrans keçirilib

11 Oktyabr 2023 , 10:30
Bakıda “İlham Əliyev: Dəyərlərin keşiyində 20 il” mövzusunda konfrans keçirilib

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “İlham Əliyev: Dəyərlərin keşiyində 20 il” mövzusunda konrans keçirilib.

"Operativ Media" xəbər verir ki, konfransın açılışı hissəsində ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Sahib Nağıyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səs Media Qrupunun təsisçisi və rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Bəhruz Quliyev, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən natiqlər cənab Prezident İlham Əliyevin ölkəmizə başçılıq etdiyi ötən 20 il ərzində bütün sahələrə olduğu kimi, milli-mənəvi dəyərlərimiz sahəsinə də  göstərdiyi diqqət və qayğıdan geniş söhbət açılıb.

Həmçinin qeyd olunub ki, Müzəffər Komandan kimi onun rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində düşmən tapdağı altında qalan əzəli torpaqlarımızda tarixən mövcud olan mədəni-dini abidələrimiz də azadlığa qovuşub. 

Daha sonra Fondun sifarişi əsasında hazırlanan “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə eyni zamanda bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən geridə qalan 6 il müddətində istər dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, istərsə də mənəvi dəyərlərin qorunması və inkişafı istaqamətində uğurlu, eləcə də səmərəli fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
  • 20:48

    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
  • 20:45

    UEFA Çempionlar Liqasının 2027-ci il finalı üçün sürpriz qərar verdi
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
Menyu