Menyu

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub

Nərmin Qocamanlı
Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub
1 dəq oxu

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə bugün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib. Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər