Menyu

Əli Əsədov dövlət büdcəsindən təhsilə ayrılan xərcləri AÇIQLADI

Əli Əsədov dövlət büdcəsindən təhsilə ayrılan xərcləri AÇIQLADI

Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Nazir qeyd edib ki, səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olub.

 

“2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb.

2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan İcbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.

COVID-19 pandemiyası yayılmağa başlayan ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkəmizin bu qlobal sınaqdan minimum itkilərlə çıxmasına şərait yaradıb”,- deyə Ə.Əsədov bildirib.

 

Teqlər:

"\u018fli \u018fs\u0259dov d\u00f6vl\u0259t b\u00fcdc\u0259sind\u0259n t\u0259hsil\u0259 ayr\u0131lan x\u0259rcl\u0259ri A\u00c7IQLADI"

Əlaqəli Xəbərlər