Menyu

DSX-nin hərbi hissələrində hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Nərmin Qocamanlı
DSX-nin hərbi hissələrində hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Hər bir sərhədçi əsgərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan döyüşdə, torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı döyüşməkdən, bu gün də sərhəddə və səngərdə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi yaddaşlarda qalacağı qeyd olunub.

Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata yollanan əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.

Sonda xatirə fotoşəkilləri çəkilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli qaydada yola salınıb.
 

Teqlər:

"DSX-nin h\u0259rbi hiss\u0259l\u0259rind\u0259 h\u0259rbi qulluq\u00e7ular\u0131n\u0131n ehtiyata burax\u0131lmas\u0131 il\u0259 \u0259laq\u0259dar silsil\u0259 t\u0259dbirl\u0259r ke\u00e7irilib"

Əlaqəli Xəbərlər