Menyu

DİN: Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
DİN: Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb

Sosial şəbəkələrdə paytaxt ərazisində Toyota Prius markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov mətbuatın sorğusuna cavab olaraq bildirir ki, bu görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.
Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. 
Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər