Menyu

Goranboyda quldurluq etməkdə şübhəlibilinən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Goranboyda quldurluq etməkdə şübhəlibilinən şəxslər saxlanılıb

Oktyabr ayının 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalışəxslərin qeyri-qanuni yolla daxil olması, əllərindəkibıçaqla ev sahibi və onun həyat yoldaşını ölümləhədələyib onlara müxtəlif bədən xəsarətləri yetirən vəhadisə yerindən 2000 manat, 5380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalır ələ keçirmələri barədəməlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiqtədbirlər həyata keçirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdəşübhəli bilinən Goranboy sakinləri, 1999-cu iltəvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlüSamir Hüseynov saxlanılıb. Şübhəli şəxslər saxlanılanzaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq vəquldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyalarımaddi sübut kimi götürülüb. Faktla bağlı GoranboyRayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Teqlər:

"Goranboyda\u00a0quldurluq\u00a0etm\u0259kd\u0259\u00a0\u015f\u00fcbh\u0259libilin\u0259n\u00a0\u015f\u0259xsl\u0259r\u00a0saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər