http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Arıqladıcı mobil tətbiqlər nə dərəcədə effektivdir? - AÇIQLAMA

16 Oktyabr 2023 , 11:43
Arıqladıcı mobil tətbiqlər nə dərəcədə effektivdir? - AÇIQLAMA

Oturaq iş şəraiti, kalorisi çox olan yeməklər, qeyri-düzgün qidalanma rejimi nəticəsində artıq çəki problemindən şikayətlənənlərin sayı çoxalıb. Bir çoxu bunu həllini diyeta ilə, bəziləri isə idman zallarına gedərək həll etməyə çalışırlar. Lakin, bir qisim kütlə isə istənmədən toplanılan həmin kilolardan arıqlama üçün nəzərdə tutulan mobil tətbiqlər vasitəsilə azad olmağa çalışırlar. Belə mobil tətbiqlərdən istifadə edərək bədənin istənilən nahiyyəsini əritmək və hətta kökəltmək mümkündür. Bu idman hərəkətlərini yerinə yetirmək üçün isə mütləq şəkildə idman alətlərinizin olması vacib deyil. 
Bəs belə mobil tətbiqlər, həqiqətən də, effektivdir?

Mövzu ilə əlaqədar treyner Şıxəli Mərdanlı “Operativ Media”ya açıqlamasında bildirib ki, bu tətbiqlərin düzgün istifadəsi zamanı insanlar müəyyən qədər  nəticə əldə edə bilərlər.

Onun sözlərinə görə, həmin mobil proqramlar məşqçinin individual şəkildə verdiyi və tətbiq etdiyi proqramlardan üstün ola bilməz:
“Bir çox insanın evlərində özlərinə məxsus zalları olur və yaxud hər hansısa bir idman alətləri olur. Həmçinin  idman hərəkətlərindən ibarət olan tətbiqlər və buna uyğun qidalanma proqramları var ki, insanlar bunları yükləyərək istifadə edirlər. Əlbəttə ki, bu tətbiqlərin düzgün istifadəsi zamanı nəticə əldə etməm mümkündür, amma burada həmin mobil aplikeyşnların hansı üslubda yığılmağı və nə dərəcədə düzgün proqramlaşdırma aparmasının da rolu var. Bəzi tətbiqlərin daxilində müəyyən ödənişli hissələr olur ki, ödəmədiyiniz təqdirdə o hərəkətləri və pəhrizləri tam olaraq görmək hüququndan məhdud olursunuz. Bəzilərində isə boy, çəki qeyd edirsiniz və göstərilən müəyyən bədən şəkillərinə çatmaq üçün bir hədəfiniz olur. Proqram isə buna uyğun olaraq sizə həm qidalanma, həm də hərəkətlərdən ibarət məşq sistemi hazırlayır. Ancaq bu üsul nə qədər də kömək olsa da, individual şəkildə məşqçinin verdiyi və tətbiq etdiyi proqramlardan üstün ola bilməz, fərdi şəkildə qurulmuş pəhriz proqramı hər zaman mobil tətbiqdən bir addım daha öndədir”.

 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu