http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2023 , 12:05
Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.

Nəsimi rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra onu öldürmək niyyətilə hotelin altıncı mərtəbəsində yerləşən otağın pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şükür Qənbərova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu