Menyu

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib

Nərmin Qocamanlı
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər