http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda hərbi sursat aşkarlanıb - VİDEO

17 Oktyabr 2023 , 09:55
Bakıda hərbi sursat aşkarlanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 4 ədəd 7,62mm-lik avtomat mərmisi, 18 ədəd 5,45mm-lik avtomat mərmisi və 2 ədəd penal avtomat təmizləyicisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu