Şarl Mişel Fələstin prezidenti ilə görüşüb
Əziz Əzizli
Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ş.Mişel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qahirə sammiti çərçivəsində Prezident Abbasla görüşdüm. İki dövlətin (Fələstin-İsrail - red.) birgə yaşaması üçün sülhdən başqa alternativ yoxdur”, - o qeyd edib.
Ş.Mişel, həmçinin Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net