Menyu

Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak etmək üçün İrana gedib - YENİLƏNİB

Əziz Əzizli
Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak etmək üçün İrana gedib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

09:53

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktybarın 23-də İrana yola düşəcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Teqlər:

"Ceyhun Bayramov \u201c3+3\u201d format\u0131nda g\u00f6r\u00fc\u015fd\u0259 i\u015ftirak etm\u0259k \u00fc\u00e7\u00fcn \u0130rana gedib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər