Azərbaycan və Ermənistan arasında normallaşma prosesi İranda müzakirə olunacaq
Əziz Əzizli
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranada “3+3” formatında həmkarları ilə görüşəcək.
Bu barədə “Operativ Media” TASS-a istinadən xəbər verir.
Məlumata görə, “3+3” formatında Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları müzakirə ediləcək.
Qeyd edək ki, “3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də bu regionun ən yaxın üç qonşusunun – Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur. Formatın ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, Gürcüstan iclasda iştirakdan imtina edib. Bu görüş xarici işlər nazirləri səviyyəsində ilk görüş olacaq.
Gözəl Həşimova
Teqlər:
"Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan aras\u0131nda normalla\u015fma prosesi \u0130randa m\u00fczakir\u0259 olunacaq"