Menyu

Yeniyetmə qızı öldürməkdə təqsirləndirilən şəxs ömürlük həbs cəzası aldı

Əziz Əzizli
Yeniyetmə qızı öldürməkdə təqsirləndirilən şəxs ömürlük həbs cəzası aldı
1 dəq oxu

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələr üzrə ittiham irəli sürülüb

Əlaqəli Xəbərlər