http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Birbank Biznes-dən bank sektorunda yenilik: “Maestro” tarifi

23 Oktyabr 2023 , 12:10
Birbank Biznes-dən bank sektorunda yenilik:  “Maestro” tarifi

Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir.

"Operativ Media" xəbər verir ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:

Ölkədaxili milli valyutada köçürmələr

Ölkəxarici köçürmələr

Əməkhaqqı kartlarına mədaxil

Valyuta mübadiləsi

Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric

Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir

OXŞAR XƏBƏRLƏR
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

XƏBƏR LENTİ
  • 11:15

    "Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı
  • 10:41

    Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq
  • 10:38

    Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür
  • 10:34

    Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək
  • 10:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
  • 10:28

    İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
Menyu