http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“TuranBank” yeni “Qaradağ” filialı ilə Binə Ticarət Mərkəzində

23 Oktyabr 2023 , 16:28
“TuranBank” yeni “Qaradağ” filialı ilə Binə Ticarət Mərkəzində

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan “TuranBank” ASC özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Binə Ticarət Mərkəzində yeni “Qaradağ” filialını müştərilərin istifadəsinə verib. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.

"Operativ Media" xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin 3-cü sırası ilə üzbəüz yerləşən yeni filial müasir standartlara cavab verən ofis binası ilə əhalinin və biznes subyektlərinin bütün növ bank məhsul və xidmətlərindən daha operativ və rahatlıqla istifadəsini təmin edəcək Bütün zəruri imkanlara malik olan “Qaradağ” filialı ənənəvi və rəqəmsal bank xidmət və məhsullarının müştərilər üçün əlçatan olmasına şərait yaradacaq. Rəqəmsallaşma strategiyasına əsasən “TuranBank” müştərilərini elektron və mobil bankçılıq həlləri ilə davamlı olaraq təmin etməyi hədəfləyib.

Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən “TuranBank”ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcək.

“TuranBank”ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır …

OXŞAR XƏBƏRLƏR
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

XƏBƏR LENTİ
  • 11:15

    "Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı
  • 10:41

    Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq
  • 10:38

    Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür
  • 10:34

    Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək
  • 10:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
  • 10:28

    İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
Menyu