Havalar soyuqlaşmağa doğru getdikcə avtomobillərin də baxımına ehtiyac yaranır. Çünki yağıntılı hava şəraiti avtomobillərin ehtiyatsız vəziyyət yaratmasına gətirib çıxarta bilər ki, bu da insan həyatı üçün risklidir.
Bəs avtomobili yeni mövsümə necə hazırlamaq lazımdır?
Bu barədə avtomobil sahəsi üzrə ekspert Sərxan Qədirov “Operativ Media”ya bildirib ki, soyuq aylara keçid zamanı avtomobilin soyuducu sisteminə diqqət edilməlidir:
“Su sistemində antifrizlər yenilənməlidir. Bəzi avtomobillər var ki, onlarda antifriz deyil, avtomobil suyla işləyir və bu, qış aylarında problem yaşada bilər, havanın temperaturu aşağı olduğu dönəmlərdə dona bilər. Buna görə də antifrizə keçirilməsi məsləhət görülür”.
Ekspert qeyd edib ki, Bakıda hava çox qarlı keçmədiyinə görə sürücülərin çoxu qış təkərlərindən istifadə etmir:
“Amma qar yağan bəzi rayonlarda avtomobilin qış təkərlərinə keçməsi məsləhət görülür. Həmçinin Sovet istehsalı avtomobillərinin sürücüləri daha qatı yağlardan istifadə edir. Payız-qış zamanı duru yağlar məsləhət görülür”.
Teqlər:
"Avtomobili yeni m\u00f6vs\u00fcm\u0259 nec\u0259 haz\u0131rlamal\u0131?"