Menyu

Azərbaycandan İtaliyaya neft ixracı artıb

Əziz Əzizli
Azərbaycandan İtaliyaya neft ixracı artıb
1 dəq oxu

Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 % artaraq 7,9 milyon ton təşkil edib.

Bu barədə "Operativ Media" Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu müddət ərzində ölkənin İtaliyaya ixrac etdiyi neftin dəyəri isə 4,9 milyard dollar olub. Bu da illik müqayisədə 687,7 milyon dollar azdır.

 

Gözəl Həşimova

Əlaqəli Xəbərlər