http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan - Türkiyə birgə təlimlərinin proqramı AÇIQLANDI

24 Oktyabr 2023 , 10:41
Azərbaycan - Türkiyə birgə təlimlərinin proqramı AÇIQLANDI

"Mustafa Kamal Atatürk -2023" birgə taktiki təlimi davam edir.

"Operativ Media" xəbər verir ki, bu gün keçirilən təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin HHM vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra ediləcək.

Həmçinin, bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılacaq, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunacaq.

Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, "BAYRAKTAR TB-2" vasitəsilə şərti düşmənin "İSGƏNDƏR" və "TOÇKA-U" taktiki raket komplekslərinin məhv edilməsi, bununla bərabər, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyətinin icra olunması nəzərdə tutulub.

Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq.

Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

OXŞAR XƏBƏRLƏR
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

XƏBƏR LENTİ
  • 13:14

    Son sutkada Qəzzada 28 nəfər həlak olub
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
Menyu