http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan istehsalı olan 4 mexaniki vasitə minatəmizləmə fəaliyyətinə cəlb olunub

24 Oktyabr 2023 , 10:43
Azərbaycan istehsalı olan 4 mexaniki vasitə minatəmizləmə fəaliyyətinə cəlb olunub

“Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” Şirkətlər Qrupu tərəfindən Agentliyə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırır.

Humanitar minatəmizləmə fəaliyyəti məqsədilə istifadə edilən “Revival P” mexaniki vasitələri 2000 metrə qədər uzaq məsafədən idarə olunur. Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal minatəmizləmə zamanı “Revival P”in mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.

“İmprotex” Şirkətlər Qrupu ilə bağlanmış müqaviləyə əsasən cari ilin sonunadək ümumilikdə 8 ədəd olmaqla, 6 ədəd “Revival P” və 2 ədəd “Revival T” minatəmizləmə maşınlarının alınması nəzərdə tutulub.

Yerli istehsal olan mexaniki vasitələr işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz məskunlaşmasına böyük töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu