Menyu

Peşə müəssisələrində ödənişli oxuyan Müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək

Peşə müəssisələrində ödənişli oxuyan Müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər