Menyu

Naxçıvanın bu rayonunda yeni ATS quraşdırılıb

Naxçıvanın bu rayonunda yeni ATS quraşdırılıb

Muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Media" ya Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.

 

Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsi ilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

Teqlər:

"Nax\u00e7\u0131van\u0131n bu rayonunda yeni ATS qura\u015fd\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər