Menyu

Rusiya Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır

Rusiya Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır

Rusiya hökuməti Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov məlumat verib.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsinin 35 faiz artdığını deyən Davıdovun sözlərinə görə, Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxemdə logistika marşrutlarını həyata keçirməyi planlaşdırır.

 

Rusiyalı məmur bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.

"Bundan başqa, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir", - o deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər