Menyu

Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb

Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb.

Nazirlikdən "Operativ Media" ya verilən məlumata hörə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Kürdəmir rayonunun Ucarlı kəndi və Neftçala şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Teqlər:

"K\u00fcrd\u0259mir v\u0259 Neft\u00e7alada qanunsuz tikilil\u0259r s\u00f6k\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər