http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub

27 Oktyabr 2023 , 19:21
Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub

Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub.

"Operativ Media" xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən kollegiya iclasında deyib.

O, nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1 286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1 026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetinin loqosu təqdim edilib - FOTO

Qarabağ Universitetinin loqosu təqdim edilib - FOTO

Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib

Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib

AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir

AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir

XƏBƏR LENTİ
  • 15:20

    Qarabağ Universitetinin loqosu təqdim edilib - FOTO
  • 15:12

    Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib
  • 15:10

    Azərbaycan klubu ispan oyunçu transfer etdi
  • 15:10

    AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir
  • 15:10

    "Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
  • 15:06

    Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
  • 15:05

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
  • 14:40

    Sabah Cəbrayıla 36 ailə köçürüləcək
Menyu