http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib

27 Oktyabr 2023 , 19:58
Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib

Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

OXŞAR XƏBƏRLƏR
Agentlik: Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib

Agentlik: Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib

AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir

AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir

"Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib

"Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib

XƏBƏR LENTİ
  • 15:12

    Agentlik: Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib
  • 15:10

    Azərbaycan klubu ispan oyunçu transfer etdi
  • 15:10

    AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir
  • 15:10

    "Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
  • 15:06

    Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
  • 15:05

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
  • 14:40

    Sabah Cəbrayıla 36 ailə köçürüləcək
  • 14:37

    Şuşada keçiriləcək şahmat turnirinin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
Menyu