Menyu

XİN: "Azərbaycan Fransaya öz vasitəçiliyini təklif edə bilər"

Əziz Əzizli
XİN: "Azərbaycan Fransaya öz vasitəçiliyini təklif edə bilər"

Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüssel toplantısı çərçivəsində iddialarına dair şərhində yer alıb.

Bildirilib ki, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır.

O da vurğulanıb ki, Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır.

Teqlər:

"X\u0130N: \"Az\u0259rbaycan Fransaya \u00f6z vasit\u0259\u00e7iliyini t\u0259klif ed\u0259 bil\u0259r\""

Əlaqəli Xəbərlər