http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Prezident: "Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"

28 Oktyabr 2023 , 17:43
Prezident: "Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"

Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.

“Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.

Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik”, - dövlət başçısı qeyd edib.

Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulduğunu bildirən Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıb.

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb

Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 15:12

    Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib
  • 15:10

    Azərbaycan klubu ispan oyunçu transfer etdi
  • 15:10

    AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir
  • 15:10

    "Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
  • 15:06

    Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
  • 15:05

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
  • 14:40

    Sabah Cəbrayıla 36 ailə köçürüləcək
  • 14:37

    Şuşada keçiriləcək şahmat turnirinin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
Menyu