Menyu

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib - 3 nəfər ölüb

Əziz Əzizli
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib - 3 nəfər ölüb
1 dəq oxu

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

"Operativ Media"  xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər